İngiltərənin “Mançester Siti” komandasının baş məşqçisi Xosep Qvardiola klubun ev stadionu olan "Etihad Arena"dakı tribunlardan birinə adının verilməsi ilə bağlı emosiyalarını bölüşüb.
Sportnet.az xatırladır ki, ispaniyalı mütəxəssis 10 illik fəaliyyətdən sonra mövsümün sonunda Mançester təmsilçisindən ayrılacaq.
Klub rəhbərliyi həmçinin 55 yaşlı mütəxəssisin heykəlinin tribunaya gedən hissədə ucaldılacağını açıqlayıb.
“Deməyə söz tapa bilmirəm. Həqiqətən nə deyəcəyimi bilmirəm. Klubun sədri Xaldun mənə zəng edib bu qərarın verildiyini söylədi. Sadəcə susdum.
Enerjimin burada daim qalacağını hiss etmək xoşdur. Çətin anlarda kimsə tribunaya baxıb Pepi görəndə komandaya və kluba öz enerjimi göndərəcəyəm.
Bu, ala biləcəyim ən böyük şərəflərdən biridir. Klubun mənim üçün etdiklərinə görə sonsuz təşəkkür edirəm.
Atam bazar günü burada olacaq. Onun 94 yaşı var və gəlib bunu görəcək. Adımın burada əbədiləşdirilməsi mənim üçün inanılmaz qürurdur. Həqiqətən söz tapa bilmirəm, sadəcə çox xoşbəxtəm”, – deyə Qvardiola klubun mətbuat xidmətinə açıqlamasında bildirib.














































































