Azərbaycanın beynəlxalq dərəcəli voleybol hakimi Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb.
Bu barədə Sportnet.az-a Azərbaycan Voleybol Federasiyasından bildirilib.
E.Zülfüqarov Avropa Voleybol Konfederasiyasının (CEV) qərarına əsasən, iyunun 19–21-də Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək Avropa Liqasının üçüncü turunun qarşılaşmalarında hakim kimi fəaliyyət göstərəcək.
Bu mərhələdə qadınlar arasında Bosniya və Herseqovina, Gürcüstan və Slovakiya, kişilər arasında isə Gürcüstan, İspaniya və Çexiya milliləri mübarizə aparacaqlar.




















































































