Futbol üzrə dünya çempionatında Portuqaliya Konqo Demokratik Respublikası ilə qarşılaşıb.
Sportnet.az-ın məlumatına görə, Hyuston stadionunda keçirilən K qrupunun I turunun matçında qalib müəyyənləşməyib - 1:1.
Avropalıların heyətində Joau Neveş 6-cı dəqiqədə adını tabloya yazdırıb. Konqoluların qolunu isə 45+5-ci dəqiqədə Yoan Vissa vurub.
Portuqaliya millisinin heyətində Kriştianu Ronaldu oyunun əvvələrindən sonuna qədər meydanda olub və heçnə ilə yadda qalmayıb.
K qrupu
17 iyun
21:00. Portuqaliya - Konqo - 1:1
Qollar: Joau Neveş, 6 (1:0), Vissa, 45+5 (1:1)
Baş hakim: Əl-Cassim (Qətər)



















































































