"Zirə” UEFAKonfrans Liqasına hazırlığını iyunun 25-dək Bakıda davam etdirəcək.
Klubun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, bu müddətdə 1 yoxlama oyunu nəzərdə tutulub.
"Qartallar" iyunun 20-də saat 18:00-da “Azərsun Arena”da “Qarabağ”la qarşılaşacaq.
25 iyun - 2 iyul tarixlərində Türkiyənin Bolu şəhərində hazırılığın növbəti mərhələsini keçirəcək komanda daha iki yoxlama oyununa çıxacaq.
Qarşılaşmalar 27 iyun və 1 iyulda baş tutacaq. Rəqiblərin kimliyi və oyun saatları haqqında məlumat veriləcək.
Qeyd edək ki, UEFA Konfrans Liqasında "Turan Tovuz"u əvəzləyən "Zirə" I təsnifat mərhələsində Gürcüstanın "Torpedo Kutaisi" komandası ilə üz-üzə gələcək.





















































































