Bu gün Azərbaycan Premyer Liqasında mövsümün son matçı keçiriləcək.
Sportnet.az xəbər verir ki, XXXIII tur qarşılaşmasında "İmişli" və "Karvan-Yevlax" üz-üzə gələcək.
Quba Olimpiya İdman Kompleksinin stadionunda saat 16:00-da başlanacaq oyunu təcrübəli referi İnqilab Məmmədov idarə edəcək.
Hər iki komanda mövsümün debütantı olub. "İmişli" 32 oyundan 33 xal toplamaqla 9-cu yeri tutub və elitada yerini qoruyub. "Karvan-Yevlax" isə 14 xalla 12 kollektiv arasında sonuncu olub və I Liqaya enəcəyi dəqiqləşib.
Beləliklə, bugünkü matç formal xarakterli olacaq.
Tərəflərin əvvəlki 2 oyununun heç birində "Karvan-Yevlax" qələbə qazana bilməyib. "İmişli" hər iki matçda qol vurub - 3:0, 1:1.
Azərbaycan Premyer Liqası, XXXIII tur
24 may (bazar)
16:00. “İmişli” – “Karvan-Yevlax”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Tərlan Talıbzadə, Kamran Əliyev
VAR: Rəşad Əhmədov
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Anar Şixəliyev
Quba OİK stadionu
Qeyd edək ki, XXXIII turun əvvəlki oyunlarında "Qəbələ" evdə "Şamaxı"nı 3:1, "Araz-Naxçıvan" "Zirə"ni 3:2, "Sabah" səfərdə "Turan Tovuz"u 2:1, "Qarabağ" "Sumqayıt"ı 4:3, "Neftçi" "Kəpəz"i 1:0 hesabı ilə məğlubiyyətə uğradıb.










































































