“Qarabağ”ın 2026/2027 mövsümünə hazırlıq planı bəlli olub.
Klubun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, iyunun 10-da Bakıda bir araya gələcək komanda hazırlığın ilk mərhələsini paytaxtda keçəcək.
“Qarabağ” iyunun 22-də Avstriyaya yollanacaq. Hazırlığın ikinci mərhələsi Tirol əyalətində olacaq.
İyulun 2-dək üç yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Komanda iyunun 27-də Bolqarıstanın MOİK (Sofiya) klubu ilə qarşılaşacaq. Görüş yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 19:00) başlayacaq.
“Qarabağ” iyulun 1-də iki görüşə çixacaq. Komanda Ukraynanın “Metallist” komandası ilə yerli vaxtla saat 13:00-da (Bakı vaxtı ilə saat 15:00), Macarıstan "Ferentsvaroş"u ilə yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 20:00-da) üz-üzə gələcək.



















































































