Püşkatmada bizə hansı komandanın düşməsi o qədər də önəmli deyil. Əsas məsələ bizim necə hazırlaşmağımız, hansı formada olmağımız, nə qədər istəkli və intizamlı olmağımızdır.
Sportnet.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Çempionlar Liqasının I təsnifat mərhələsində qarşılaşacaqları Uelsin TNS komandası ilə şansları dəyərləndirərkən deyib.
Litvalı mütəxəssis rəqibə hörmətlə yanaşdıqlarını bildirib: “Hər bir rəqibə hörmətlə yanaşmaq lazımdır. TNS dəfələrlə Uels çempionatının qalibi olub və Avropada yaxşı tanınan komandadır. Onlar son 10 ildən artıq müddətdə ölkə çempionatında dominantlıq edirlər. Hansı futbolu oynamağınızdan asılı olmayaraq, hər matçda qələbə qazanmaq düşüncəsini inkişaf etdirməlisiniz. Bu, hər bir rəqibə hörmət etməyin və oyuna ən yaxşı şəkildə hazırlaşmağın vacibliyini göstərir”.
Qeyd edək ki, Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunları iyulun 7-8-i və 14-15-də baş tutacaq. “Sa





















































































