Bu kollektivin heyətində xarici klublarda çıxış edən çoxlu oyunçu var, nəticələri də qənaətbəxşdir və gələcəkdə böyük perspektiv vəd edir.
Amma nə sirdirsə, baş məşqçi Siyasət Əsgərov bu ildən etibarən milliyə klubsuz oyunçu dəvət edir. Bu, qapıçı Mehriban Şahməmmədovadır.
20 yaşlı qolkiper son olaraq, Türkiyənin “ALG Spor” komandasının formasını geyinib. Amma ötən ilin sonlarınadək...

Birinci dəfə çağırsaydı, yenə hardasa anlayışla qarşılamaq olardı. Amma bu hal ikinci toplanışdır ki, baş verir.
Deyəsən, yığmanın son az-çox uğurlu sayıla biləcək nailiyyətlərindən sonra Əsgərovun ayağı yer eləyib. Başlayıb özünəməxsus və adına uyğun "siyasət" yürütməyə...
Həqiqətən də tələbatlı qapıçıdırsa, Əsgərov özünün eyni zamanda rəhbərlik etdiyi "Neftçi" komandasına Şahməmmədovanı da gətirsin, ya da AFFA nüfuzundan istifadə edərək, Yüksək Qızlar Liqasındakı komandalardan birinə yönləndirsin.

Milliyə klubsuz qapıçıdan əlavə, 23 oyunçu çağırılıb. Onlardan 16-sı legioner, 7-si yerli klublarda çıxış edən azərbaycanlı futbolçulardır.
Burada da Əsgərov subyektivliyə meyl edib. O, "Neftçi"dən 6 nəfərə dəvət göndərib. Yeganə "gözmuncuğu" oyunçu "Dirçəliş"də çıxış edir.
Doğrudan da yerli çempionatda bu cür oyunçu qıtlığı varsa, çempionat nə üçün keçirilir? Əsgərovun işsiz qalmaması, "Neftçi"yə urcah edilməsi üçünmü?

Bəs 2 - 5-ci yerlərdə gedən komandalardan - "Sumqayıt", "Liman", "Şəfa" və AFFA-nın yaxın dostu "Sabah"dan milliyə layiqliləri yoxdurmu?
Belə seçim olar?
AFFA hara baxır?














































































