İngiltərənin "Liverpul" klubu rəsmi saytı vasitəsilə cinah hücumçusu Viktor Munyosun transfer olunduğunu açıqlayıb.
Sportnet.az xəbər verir ki, 22 yaşlı ispaniyalı futbolçu ilə uzunmüddətli müqavilə imzalanıb.
Transferin detalları açıqlanmasa da, tərəflər arasında bütün sənədləşmə işləri tamamlanıb.
Hazırda İspaniya millisinin düşərgəsində olan Munyos tibbi müayinədən uğurla keçib və beynəlxalq transfer prosedurlarının yekunlaşmasından sonra rəsmən "Liverpul"un oyunçusuna çevrilib.
Məlumata görə, mersisaydlılar futbolçunun müqaviləsində nəzərdə tutulan 40 milyon avroluq (təxminən 34,5 milyon funt sterlinq) sərbəstqalma məbləğini ödəyiblər. Bu transfer uğrunda mübarizədə "Liverpul" "Nyukasl"ı qabaqlayıb.
Qeyd edək ki, sürəti və universallığı ilə seçilən Viktor Munyos ötən mövsüm İspaniya "Osasuna"sının heyətində 34 La Liqa oyununda 6 qol vurub, 2 məhsuldar ötürmə edib. O, həm sol, həm sağ cinahda, həm də mərkəz hücumunda çıxış edə bilir.




















































































