Jorje Jezuş Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubundan ayrılacağını açıqlayıb.
Sportnet.az xəbər verir ki, portuqaliyalı mütəxəssis bu barədə komandasının Səudiyyə Ərəbistanı Pro Liqasının 2025/2026 mövsümündə çempion olmasından sonra danışıb.
“Bu çağırışı yalnız Kriştianu Ronalduya “Sənə çempion olmaqda kömək edəcəyəm, titulu qazanacağıq və sonra gedəcəyəm” dediyim üçün qəbul etmişdim. Mənim üçün missiya tamamlandı. Bu, “Əl-Nəsr”in baş məşqçisi kimi keçirdiyim son oyundur”, – deyə Jezuş bildirib.
Portuqaliyalı baş məşqçi komandaya 2025-ci ilin avqustunda rəhbərlik etməyə başlamışdı.
Səudiyyə Ərəbistanı çempionatının 34 turundan sonra “Əl-Nəsr” 86 xalla turnir cədvəlinin lideri olub. "Əl Hilal" isə 84 xalla ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, Kriştianu Ronaldu karyerasında ilk dəfə Səudiyyə Ərəbistanı çempionu adını qazanıb.












































































