Futbol üzrə dünya çempionatında İsveçrə Bosniya və Herseqovina ilə qarşılaşıb.
Sportnet.az-ın məlumatına görə, Los-Anceles stadionunda keçirilən B qrupunun II turunun matçında isveçrəlilər 4:1 hesablı qələbə qazanıblar.
İsveçrənin heyətində Joan Manzanbi (74, 90) dubl edib. Digər qolları isə Ruben Varqas (84) və Qranit Caka (90+7) öz adına yazdırıblar. Bosniyalıların təsəlli qolunu isə Ermin Mahmic (90+3) vurub.
Qeyd edək ki, bu qrupun digər oyununda, saat 02:00-da Kanada Qətərlə qarşılaşacaq.
B qrupu:
II tur
23:00. İsveçrə - Bosniya və Herseqovina 4:1
Manzambi, 74 (1:0), 90 (3:0), Varqas, 85 (2:0), Qranit Caka, 90+6-pən; Mahmic, 90+3 (3:1)
Los Anceles, SoFi stadionu.
Baş hakim: Jou Pineyro (Portuqaliya).




















































































