"Səbail" komandasının yeni baş məqşçisi açıqlanıb.
Sportnet.az I Liqa təmsilçisinin sosial şəbəkə hesabına istinadən xəbər verir ki, bu, Elnur Abdullayevdir.
40 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Elnur Abdullayevin son iş yeri II Liqada 2024/2025 mövsümünün çempionu olduğu "Şahdağ Qusar" komandası olub.





















































































