Fransanın "Nant" klubu baş məşqçi postuna yeni təyinatı açıqlayıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda Mişel Der Zakaryana tapşırılıb.
Erməni əsilli mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Der Zakaryan bu vəzifədə Vahid Halilhociçi əvəzləyib. Ona yenidən etimad göstərilib.
Qeyd edək ki, "Nant" 2025/2026 mövsümünün yekununda Fransa Liqa 1-də uğursuz çıxış edərək elitadan düşüb. Komanda 24 xal toplayaraq turnir cədvəlində sondan ikinci yeri tutub.
Mişel Der Zakaryan daha əvvəl də "Nant"a rəhbərlik edib. O, 2007-ci ilin fevralından 2008-ci ilin avqustuna qədər, daha sonra isə 2012-2016-cı illərdə klubun baş məşqçisi olub.






















































































