"Sabah" və Uelsin TNS ("The New Saints") komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunlarının başlama saatları və stadionları açıqlanıb.
Sportnet.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ilk matç iyulun 7-də Əlincə stadionunda ("Bank Respublika Arena") təşkil olunacaq.
Görüşün start fiti saat 20:00-da çalınacaq.
Cavab qarşılaşması isə iyulun 14-də Ozuestri şəhərindəki "Park Hall" stadionunda gerçəkləşəcək.
Oyun Bakı vaxtı ilə saat 21:30-da başlanacaq.







































































