Argentina millisinin futbolçusu Lionel Messi dünya çempionatında Avstriya yığmasına qol vuraraq rekord qırıb
Spornet.az xəbər verir ki, ulduz oyunçu mundial tarixində 17-ci qoluna imza ataraq Almaniya yığmasının sabiq hücumçusu Miroslav Klozeni geridə qoyub.
O, bununla da, turnirin ən çox qol vuran futbolçu ünvanını ələ keçirib.
Klozenin aktivində 16 qol var.
Qeyd edək ki, hazırda Argentina Avstriyadan öndədir- 1:0.







































































