Azərbaycanın yeniyetmə badmintonçusu Leyla Camalzadə Serbiyanın Novi Sad şəhərində keçirilən “Serbian U17 International” turnirində bürünc medal qazanıb.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Camalzadə qız bamdintonçuların şəxsi yarışında keçirdiyi ilk görüşdə Rumıniya təmsilçisi Ariana Giurgievə 2:0 (21-5,21-6) hesabı ilə qalib gəlib.
O, 1/16 finalda 3 setin yekununda Xorvatiya idmançısı Maja Praniçi mübarizədən kənarlaşdırıb – 2:1 (22-20,16-21,21-15). 1/8 finalda Türkiyə badmintonçusu Elanur Taskiranı 2:0 (21-19,21-15) hesabı ilə məğlub edən Cavadzadə 1/4 finalda polşalı Hanna Vylegaya ilə çətin görüşdə qələbə qazanmağı bacarıb – 2:1 (21-7,15-21, 21-19).
Yarımfinala yüksəlməklə bürünc medalı təmin edən azərbaycanlı badmintonçu finalın bir addımlığında turnirin qalibi Bolqarıstan badmintonçusu Maria Popova uduzub – 0:2 (16-21,14-21).











































































