Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatları tarixində yerinə yetirdiyi penaltilərlə bağlı şəxsi statistikasını yeniləyib.
Sportnet.az xəbər verir ki, 2026-cı il dünya çempionatının qrup mərhələsində Avstriya yığmasına qarşı keçirilən oyunda təcrübəli hücumçu 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib.
Bununla da, Messi mundiallar tarixində vurduğu yeddi penaltidən üçünü qola çevirə bilməyib. Statistikaya oyunsonrası penalti seriyaları daxil edilmir.
Argentina millisinin lideri daha əvvəl 2018-ci il dünya çempionatında İslandiya, 2022-ci ildə isə Polşa ilə qarşılaşmalarda da penaltini dəqiq yerinə yetirə bilməmişdi.
Bununla yanaşı, Qətərdə keçirilən və Argentina yığmasının çempionluğu ilə başa çatan mundialda o, Səudiyyə Ərəbistanı, Niderland, Xorvatiya və Fransa millilərinə qarşı oyunlarda təyin olunan dörd penaltinin hamısını qola çevirmişdi.
Messinin dünya çempionatları tarixində üçüncü uğursuz penalti cəhdi Avstriya ilə matçın 9-cu dəqiqəsində qeydə alınıb.
Lautaro Martinesə qarşı edilən qayda pozuntusundan sonra təyin olunan 11 metrlik cərimə zərbəsini yerinə yetirən argentinalı futbolçunun zərbəsini Avstriya millisinin qapıçısı Aleksander Şlager dəf edib.








































































