“İmişli” heyətinə yeni futbolçu cəlb edib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Seyxan Fərəcov ilə 2+1 illik müqavilə imzalayıb.
24 yaşlı hücumçu son olaraq MOİK-in şərəfini qoruyub.
Bundan başqa “İmişli” gənc qapıçısı İmam Əli ilə müqaviləni uzadıb. Onunla 2+1 illik anlaşma əldə olunub.








































































