Avstriyanın Tirol əyalətində hazırlıq keçəcək “Qarabağ”ın təlim-məşq toplanışı üçün heyəti açıqlanıb.
Klubdan Sportnet.az-a verilən məlumata görə, Qurban Qurbanov özü ilə 29 futbolçu aparıb.
Qapıçılar: Şəhrudin Məhəmmədəliyev, Mateuş Koxalski, Martin Zlomisliç, Bilal Hacıyev
Müdafiəçilər: Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Mateus Silva, Dani Bolt, Jeremi Qnali, Bruno Lanqa, Elvin Cəfərquliyev, Məhəmməd İmaməliyev
Yarımmüdafiəçilər: Abdullah Zubir, Leandro Andrade, Coni Montiel, Marko Yankoviç, Pedro Bikalyo, Aleksey Kaşuk, Kadi Borges, Samuel Lobato, Cəlil Muaddib, Hikmət Cəbrayılzadə, Bəhruz Qurbanlı, Mehdi Mütəllimli, Əli Bəşirov, Məhəmməd-Şahin Abbasov
Hücumçular: Musa Qurbanlı, Zakaria Savo, Kamilo Duran
Maraqlıdır ki, komandadan ayrılacağı bildirilən – Marko Yankoviç, Leandro Andrade və Elvin Cəfərquliyev də siyahıda yer alıb. Eyni zamanda, aşağı yaş qruplarından olan komandaların oyunçuları da Avstriyaya aparılıblar.
Yeni transfer Martin Zlomisliç Bosniya və Herseqovina millisinin dünya çempionatında iştirakını başa vurduqdan sonra təlim-məşq toplanışına qoşulacaq.








































































