2026/2027 mövsümü üzrə II Liqada çıxış etmək üçün pley-off görüşünün vaxtı və yeri müəyyənləşib.
Sportnet.az xəbər verir ki, qarşılaşma 29 may saat 16:00-da Yevlax şəhər stadionunda təşkil olunacaq.
“CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq oyunda VAR sistemi tətbiq olunacaq. Matç Peşəkar Futbol Liqasının və klubların birgə təşkilatçılığı ilə həyata keçiriləcək.
29 may
II Liqa uğrunda pley-off oyunu
16:00. “Biləsuvar” – “Ağstafa Gəncləri”
Yevlax şəhər stadionu ("CBC Sport"/canlı)




































































