Mövsümün sonunda Azərbaycan Premyer Liqasını tərk edən “Karvan-Yevlax” daha bir futbolçu ilə yollarını ayırıb.
Klubdan Sportnet.az-a verilən məlumata görə, Qavi Tompsonun müqaviləsinin müddəti başa çatıb.
26 yaşlı nigeriyalı yarımmüdafiəçi başa çatan mövsümdə Yevlax təmsilçisinin heyətində 33 oyuna çıxıb və rəqib qapılarından 2 top keçirib.
Qeyd edək ki, “Karvan-Yevlax” ötən gün Kayl Spens və Pedro Mateuşlə vidalaşıb.













































































