Düşünmürəm ki, rəqibim məni ilk raundda məğlub etsin.
Sportnet.az xəbər verir ki, bu sözləri Bakıda keçiriləcək UFC turnirində iştirak edəcək meksikalı döyüşçü Manuel Torres deyib.
"Rəqibim təcrübəli və böyük döyüşçüdür. Onun məni ilk raundda məğlub edəcəyini düşünürlər. Lakin mən belə düşünmürəm. Çünki ilk raundda qalib gəlmək mənim əsas planlarımdam biridir", - deyə idmançı qeyd edib.
M. Torres dünya çempionatı ilə bağlı fikirlərini də bölüşüb: "Dünya çempionatının açılış mərasimi çox yaxşı olub. Azərbaycanda da təşkil edilən UFC turniri üçün yaxşı şərait qurulub. İlk oyuna baxa bilmədim. Amma insanların necə bayram ab-havasında olduğunu gördüm".










































































