İtaliyanın "Latsio" klubu əsas komandanın baş məşqçisi vəzifəsinə Cennaro Qattuzonu gətirib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, mütəxəssislə bağlanan müqavilənin detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, C.Qattuzo son olaraq İtaliya yığmasını çalışdırıb. Komanda onun rəhbərliyi altında DÇ-2026-ya vəsiqə qazana bilməyib.











































































