"Karvan-Yevlax" baş məşqçi Füzuli Məmmədovla yollarını ayırıb.
Sportnet.az xəbər verir ki, bu barədə klubun icraçı direktoru Elvin Əjdərli oaylaşım edib.
Onun sözlərinə görə, 49 yaşlı mütəxəssislə əməkdaşlıq müqavilə müddətinin başa çatması ilə əlaqədar sona çatıb.
Ona göstərdiyi xidmətlərə və çəkdiyi əməyə görə təşəkkür edilib və gələcək karyerasında uğurlar arzulanıb.
Qeyd edək ki, Füzuli Məmmədov mövsümün ikinci yarısında "Karvan-Yevlax"a baş məşqçi təyin olunub. Onun dövründə komanda autsayderlikdən qurtula bilməyib və I Liqaya enib.




































































