Almaniyanın “Volfsburq” klubu 2026/2027 mövsümünü II Bundesliqada keçirəcək.
Sportnet.az xəbər verir ki, komanda pley-off oyunlarında “Paderborn”a uduzaraq elitadakı yerini qoruya bilməyib.
Beləliklə, “Volfsburq” 1997-ci ildən bəri ilk dəfə Almaniyanın ikinci divizionuna yuvarlanıb.
Maraqlıdır ki, klub Bundesliqanın son turu ərəfəsində komandanı birləşdirmək və azarkeşlərlə əlaqələri gücləndirmək məqsədilə emblemini dəyişsə də, bu addım nəticəyə təsir göstərməyib.
2008/2009 mövsümündə Almaniya çempionu olan "Volfsburq" növbəti mövsümdə II Bundesliqada mübarizə aparacaq.










































































