Çox böyük arenalarda güclü rəqiblərə qarşı oynamışam.
Sportnet.az xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan millisinin və Almaniyanın “Kayzerslautern” komandasının hücumçusu Mahir Emreli AFFA-nın mətbuat xidmətinə açıqlamasında deyib.
O, karyerası ərzində klub səviyyəsində keçirdiyi ən çətin oyunu xatırlayıb: ”Bu, 2017-ci ildə “Qarabağ”ın heyətində Çempionlar Liqasının qrup mərhələsinin birinci turunda İngiltərədə “Çelsi”yə qarşı keçirdiyim oyun idi. Ağır keçmişdi. Hər şey hesabda da öz əksini tapmışdı. Milli səviyyəsində də hər qarşılaşma çətin olur. Lakin yaddaqalan matçlar Xorvatiya və Uelsə qarşı görüşlərdir”.














































































