Azərbaycanın stolüstü tennisçi Onur Quluzadə İsveçin Helsinborq şəhərində təşkil olunan "WTT Youth Contender" turnirində etimadı doğruldub.
Sportnet.az xəbər verir ki, idmançı İsveç və Fransa təmsilçiləri üzərində qələbələrlə qrup mərhələsini lider kimi başa vurub. Ardınca İsrail və Lüksemburq idmançılarına qalib gələn Onur, yarımfinalda fransalı rəqibinə uduzaraq yarışı üçuncü yerdi tutub.
Qeyd edək ki, istedadlı idmançı bu gün Beynəlxalq Stolüstü Tennis Federasiyasının iyunun 13-dək İsveçin Halmstad şəhərində keçirəcəyi təlim-məşq toplanışına qatılıb.















































































