Almaniyanın Frankfurt şəhərində keçirilən karate üzrə böyüklər arasında Avropa çempionatında Azərbaycan karateçisi Mədinə Sadıqova qızıl medal qazanıb.
Sportnet.az xəbər verir ki, 25 yaşlı idmançı qadınların 55 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bununla da Sadıqova Azərbaycanda böyüklər arasında Avropa çempionu olan ilk azərbaycanlı qadın karateçi kimi tarixə düşüb.












































































