DÇ-2026-nın açılış matçından bir neçə saat əvvəl Meksikanın paytaxtı Mexikoda etiraz aksiyası təşkil olunacaq.
Sportnet.az "The Telegraph"a istinadən xəbər verir ki, aksiyada narkokartellərin fəaliyyəti nəticəsində itkin düşən şəxslərin yaxınları iştirak edəcəklər.
Təxminən 400 ananın övladlarının taleyinə diqqət çəkmək üçün meydançaya çıxacağı gözlənilir.
Rəsmi məlumatlara əsasən, 2026-cı il mayın 25-nə olan vəziyyətə görə, Meksikada 134 460-dan çox insan itkin düşmüş hesab olunur. Bu halların böyük hissəsi ölkədə fəaliyyət göstərən narkokartellərlə əlaqələndirilir.
Bununla yanaşı, hüquq-mühafizə orqanları dünya çempionatı ərzində ev sahibi şəhərlərdə kartellərin zorakılıq hallarını azaltacağını düşünür. Meksikanın Xalisko ştatında polis komandirlərindən biri "The Telegraph"a açıqlamasında bildirib ki, cinayətkar qruplar əlavə problemlər yaratmaq istəmirlər: “Onlar özlərinə əlavə problem yaratmaq istəmirlər. Ağıllı davranırlar və ehtiyatlı hərəkət edəcəklər”.
Qeyd edək ki, DÇ-2026-nın açılış oyunu iyunun 11-də Mexikodakı "Asteka" Stadionunda Meksika və CAR yığmaları arasında keçiriləcək.




















































































