Azərbaycan Premyer Liqasında XXXII turun daha 2 oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Qarabağ" - "İmişli" və "Şamaxı" - "Turan Tovuz" oyunlarının nəticələri Avropa Liqasına vəsiqə verən ikinci və Konfrans Liqasına yüksəlmək imkanı yaradan üçüncü pillənin sahiblərinin adlarına aydınlıq gətirib.
Hər iki matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. "Qarabağ" böyükhesablı qələbə qazanıb - 3:0. Qolları Kamilo Duran 46-cı. Marko Yankoviç 66-cı. Abdullah Zubir 78-ci dəqiqədə fərqlənib.
Şamaxı şəhər stadionundakı qarşılaşma isə daha məhsuldar alınıb. Meydan sahibləri ilk yarını Arsen Ağcabəyovun 10-cu. Dioqo Balaunun 28-ci dəqiqədə vurduğu qollarla öndə tamamlayıb - 2:0.
Fasilədən sonra "Turan Tovuz"dan İbrahima Vadji 65-ci, Alexandro Serrano 73-cü dəqiqədə fərqlənib və nəticədə hesab bərabərləşib.
Lakin Abdulla Rzayev 83-cü dəqiqədə "Şamaxı"nın qələbə topunu vurub - 3:2.
Beləliklə, "Qarabağ" xalını 66-ya çatdıraraq, ikinci yeri və Avropa Liqasına vəsiqəni təmin edib.
"Turan Tovuz" isə 59 xalla 3-cü pillədə qalıb və Konfrans Liqasına yüksəlib.
Bununla da Azərbaycan Premyer Liqasında ilk 3 yerin sahibi sona 1 tur qalmış müəyyənləşib. Daha əvvəl "Sabah" birinci yeri və Çempionlar Liqasına vəsiqəni təmin edib. Masazır təmsilçisi həm də Bizon Azərbaycan Kubokunun qalibi olub.
--------------------------
Bu gün Azərbaycan Premyer Liqasının XXXII turunun daha iki matçı keçiriləcək.
Sportnet.az xəbər verir ki, bir oyun Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
"Qarabağ" debütant "İmişli"ni qonaq edəcək.
Saat 17:00-da başlayacaq qarşılaşmanı baş hakim Emin Əliyev idarə edəcək.
63 xalı olan "köhlən atlar" turnir cədvəlinin 2-ci yerində qərarlaşıb. 33 xalı olan İmişli təmsilçisi isə 9-cudur.
Tərəflər indiyədək 2 dəfə qarşılaşıb və hər iki görüş bu mövsümə təsadüf edib. "Qarabağ" hər iki dueldən qapısında qol görmədən qalib ayrılıb.
Günün digər qarşılaşması isə Şamaxı şəhər stadionunda keçiriləcək.
"Şamaxı" öz meydanında "Turan Tovuz"u sınağa çəkəcək.
Saat 17:00-da start veriləcək görüşü Rəvan Həmzəzadənin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.
35 xalı olan Ayxan Abbasovun kollektivi turnir cədvəlində 8-cidir. Qərb təmsilçisi isə 59 xalla 3-cüdür.
Tərəflər indiyədək 10 dəfə qarşılaşıb. "Şirlər" yalnız bir dəfə qələbə qazanıb. Duellərdən 4-ü heç-heçə ilə, 5-ində isə tovuzluların qalibiyyəti qeydə alınıb. “Turan Tovuz” son 8 görüşdə uduzmayıb. “Şamaxı” son iki ev matçında qol vurmayıb.
Azərbaycan Premyer Liqası
XXXII tur
16 may (şənbə)
17:00. “Qarabağ” – “İmişli” - 3:0
Qollar: Kamilo Duran, 46. Marko Yankoviç, 66. Abdullah Zubir, 78
Hakimlər: Emin Əliyev, Asiman Əzizli, Rəhman İmami, Nicat İsmayıllı
VAR: Əliyar Ağayev
AVAR: Şirmamed Mamedov
Tofiq Bəhramov adına Respublika Stadionu
17:00. “Şamaxı” – “Turan Tovuz” - 3:2
Qollar: Arsen Ağcabəyov, 10. Dioqo Balau, 28. Abdulla Rzayev, 83 - İbrahima Vadji, 65. Alexandro Serrano, 73
Hakimlər: Rəvan Həmzəzadə, Eyyub İbrahimov, Teymur Teymurov, Ruslan Quliyev
VAR: Kamranbəy Rəhimov
AVAR: Zeynal Zeynalov
Şamaxı şəhər stadionu














































































