Braziliya yığmasının heyətində 1970-ci ildə dünya çempionu olan sabiq mərkəz müdafiəçisi Brito 86 yaşında dünyasını dəyişib.
Sportnet.az FİFA-ya istinadən xəbər verir ki, o, sətəlcəm səbəbindən yaranan fəsadlara görə bir həftə xəstəxanada müalicə olunduqdan sonra həyatını itirib.
Braziliya millisində 1964-cü ildə debüt edən müdafiəçi 2 il sonra keçirilən dünya çempionatında Portuqaliyaya qarşı oyunda meydanda olub. Daha sonra Brito Meksikada 1970-ci ildə təşkil edilən mundialda bütün qarşılaşmalarda iştirak edib.
O, Everaldo (1974), Fontana (1980), Feliks (2012), Joel Kamarqo (2014), Karlos Alberto (2016) və Peledən (2022) sonra Mario Zaqallonun rəhbərlik etdiyi həmin heyətdə dünyasını dəyişən 7-ci futbolçu olub.
Qeyd edək ki, Braziliya komandası DÇ-2026-da ilk oyununu şənbə günü Mərakeşə qarşı keçirəcək



















































































