“Karvan-Yevlax" bütün legionerləri ilə vidalaşacaq.
Sportnet.az xəbər verir ki, bu barədə AZƏRTAC-a klubun icraçı direktoru Elvin Əjdərli deyib.
“Bildiyiniz kimi, Kayl Spens, Pedro Mateuş və Qavi Tompson rəsmi olaraq komanda ilə vidalaşıblar. Həmçinin Coy-Slayd Mikels, Şaqil Sno, Peter Kinqs, Olavale Doyeni və icarədə olan İmani Barker də növbəti mövsüm bizimlə olmayacaq. Yerli oyunçularla da müqavilənin müddəti başa çatıb. Lakin onlarla yenidən danışıq masasına oturacağıq”, - deyə Elvin Əjdərli vurğulayıb.
Baş məşqçi məsələsinə toxunan klub rəsmisi rəhbərlik səviyyəsində müzakirələr apardıqlarını söyləyib.
Qeyd edək ki, “Karvan-Yevlax” ötən gün Kayl Spens və Pedro Mateuşlə vidalaşıb.














































































