2026-cı il dünya çempionatının ikinci oyun günündə daha 2 görüş keçiriləcək.
Sportnet.az xəbər verir ki, Meksikadakı A qrupunun ilk tur matçlarından sonra qarşılaşmalar digər təşkilatçı ölkələrin iştirakı ilə baş tutacaq.
Əvvəlcə Bakı vaxtı ilə saat 23:00-da B qrupunun Kanada - Bosniya və Herseqovina oyunu start götürəcək. Toronto şəhərindəki "BMO Field" stadionunda təşkil olunacaq matçdan əvvəl açılış mərasimi gerçəkləşəcək.
Bakı vaxtı ilə saat 05:00-da isə ABŞ Paraqvayı sınağa çəkəcək. Los Ancelesdəki "İnqlvud" stadionunda baş tutacaq D qrupunun oyunundan əvvəl də açılış mərasimi nəzərdə tutulub.
Qeyd edək ki, ilk oyun günündə Meksika Cənubi Afrika Respublikasına 2:0, Cənubi Koreya isə Çexiyaya 2:1 hesabı ilə qalib gəlib.



















































































