Azərbaycan II Liqasının qalibi son turda müəyyənləşib.
Sportnet.az xəbər verir ki, XXVII turda səfərdə "Şəmkir"ə 1:0 hesabı ilə qalib gələn "Xankəndi" çempion adını və I Liqaya vəsiqə qazanıb.
Komanda mövsümü 76 xalla bitirib.
Ən yaxın izləyici "Qaradağ Lökbatan" isə 71 xalla turnir cədvəlini ikinci pillədə başa vurub. Lökbatan klubu I Liqanı 9-cu sırada tamamlayan komanda ilə pley-offda qarşılaşacaq.






































































