Almaniya “Ayntraxt”ı baş məşqçi Albert Riera ilə yollarını ayırıb.
Sportnet.az-ın Frankfurt klubunun rəsmi saytına istinadən məlumatına görə, tərəflər qarşılıqlı razılıq əsasında əməkdaşlığa son veriblər.
44 yaşlı ispaniyalı mütəxəssis komandaya 2026-cı ilin fevralından rəhbərlik edirdi. Onun rəhbərliyi altında “Ayntraxt” 14 oyuna çıxıb. Komanda bu görüşlərdə 4 qələbə qazanıb, 5 məğlubiyyət alıb və 5 dəfə heç-heçə edib. Klub Bundesliqada mövsümü 8-ci pillədə başa vurub.
Qeyd edək ki, Albert Riera daha əvvəl Fransanın “Bordo”, Sloveniyanın “Tsele” və “Olimpiya” komandalarının baş məşqçisi olub.








































































