İngiltərənin "Bornmut" klubunun yarımmüdafiəçisi Aleks Skott karyerasını Premyer Liqanın digər təmsilçisi "Liverpul"da davam etdirə bilər.
Sportnet.az "The Sun"a istinadən xəbər verir ki, Liverpul komandasının yeni baş məşqçisi Andoni İraola əvvəllər çalışdırdığı klubdan 22 yaşlı ingiltərəli futbolçunun transferini tələb edir.
Yarımmüdafiəçi ötən mövsüm bütün turnirlərdə 39 matça çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, 2023-cü ildən "Bornmut"da çıxış edən Aleks Skottun dəyəri 50 milyon avro qiymətləndirilir.















































































