"İmişli" klubu veteran futbolçulara nümunəvi jest edib.
Bu barədə Sportnet.az-a Azərbaycan Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib.
Onun sözlərinə görə, bölgə təmsilçisi Qurban bayramı münasibətilə Azərbaycanın 40 veteran futbolçusuna sovqat göndərib.
Abdullayev bu münasibətlə "İmişli"yə minnətdarlıq edib: "Buna həm sevindim, həm də təəccübləndim. Onların veteranlara bu cür diqqəti bizi həqiqətən də məmnun etdi. Veteranların hər birinin adından "İmişli"yə və şəxsən klub prezidenti Kamran Eyyubova təşəkkür edirəm".



























































































