Azərbaycan Premyer Liqasında 2025/2026 mövsümünün bombardirinə xüsusi hədiyyə təqdim olunub.
Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, “Sabah” klubunun hücumçusu Coy Lens Mikels 19 qolla çempionatın ən sərrast futbolçusu seçilib.
Ona mükafatı PFL prezidenti Elxan Səmədov təqdim edib.













































































