Qadın voleybolçulardan ibarət "Turan" komandası heyətini yeni oyunçu ilə gücləndirib.
Klubdan Sportnet.az-a verilən məlumata görə, son Azərbaycan çempionu Kuba millisinin üzvü Ana Yilian Klegeri transfer edib. 1.85 metr boya malik voleybolçu ilə 2026/2027-ci illər mövsümünün sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, Ana Yilian Kleger daha əvvəl Azərbaycanda "Rabitə" və "Telekom" klublarının da formasını geyinib. Bundan başqa, Türkiyədə "Samsun Anakent" və Serbiyada "Srvena Zvezda" kimi komandalarda çıxış edib. O, 2010-cu ildə dünya çempionatının iştirakçısı olub.














































































