"Trabzonspor" klubu Misir millisinin hücumçusu Məhəmməd Salahın transferi üzrə danışıqların son mərhələdə olduğunu açıqlayıb.
Sportnet.az xəbər verir ki, İngiltərənin "Liverpul" klubunun keçmiş futbolçusu yekun görüşlər üçün Türkiyəyə gəlib. Danışıqların çərşənbə günü tamamlanması nəzərdə tutulub.
Məlumata əsasən, 32 yaşlı hücumçu Türkiyə təmsilçisi ilə 2 illik müqavilə imzalayacaq. Salahın illik əməkhaqqı 22 milyon avro təşkil edəcək. Bu göstərici ilə o, Avropada ən yüksək məvacib alan futbolçu olacaq.













































































