İspaniya "Real Madrid"inin və Türkiyə millisinin futbolçusu Arda Güler 2025/2026 mövsümündə UEFA Çempionlar Liqasının ən böyük kəşfi elan olunub.
Sportnet.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi başa çatan yarışda 14 oyunda 2 qol vurub və 4 məhsuldar ötürmə verib.
Qeyd edək ki, bu mükafat UEFA-nın əvvəlki "turnirin ən yaxşı gənc futbolçusu" nominasiyasını əvəz edib. Futbolçu sözügedən mükafatı karyerası ərzində yalnız bir dəfə qazana bilər. Arda Güler 2025/2026 mövsümündə bütün turnirlərdə ümumilikdə 51 matçda meydana çıxıb. O, 6 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.
Arda Gülerin Madrid təmsilçisi ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına görə, onun bazar dəyəri 90 milyon avro qiymətləndirilir.


































































