Fransa PSJ-sinin və Gürcüstan millisinin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün ən yaxşı futbolçusu adına layiq görülüb.
Sportnet.az xəbər verir ki, 25 yaşlı vingerin çıxış etdiyi klub finalda İngiltərə "Arsenal"ı üzərində qələbə qazanaraq turnirin qalibi olub.
Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da keçirilən həlledici qarşılaşmanın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb. Penaltilər seriyasında daha dəqiq oynayan Paris təmsilçisi 4:3 hesablı qələbə qazanaraq kuboku başı üzərinə qaldırıb.
Kvaratsxeliya başa çatan Çempionlar Liqası mövsümündə 16 oyunda 10 qol vurub və 6 məhsuldar ötürmə edib.
Bununla da PSJ tarixində ikinci dəfə ardıcıl olaraq Çempionlar Liqasının qalibi olub. Paris klubu ötən mövsümün finalında İtaliya "İnter"ini 5:0 hesabı ilə məğlub etmişdi.






































































