Almaniyanın "Leyptsiq" klubu "Volfsburq"un yarımmüdafiəçisi Lovro Mayeri transfer etmək niyyətindədir.
Sportnet.az jurnalist Nikolo Şiraya istinadən xəbər verir ki, 28 yaşlı xorvatiyalı oyunçunun transferi bu yay reallaşa bilər.
"Volfsburq" 2025/2026 mövsümünün nəticələrinə əsasən Almaniya Bundesliqasını tərk etsə də, futbolçunun müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. Yarımmüdafiəçi 2023-cü ilin avqustundan etibarən "canavarlar"ın heyətində çıxış edir. Xorvatiya millisinin üzvü 2025/2026 mövsümündə meydana çıxdığı 30 qarşılaşmada 3 qol vurub və 5 məhsuldar ötürmə edib.
Qeyd edək ki, "Transfermarkt" portalı Lovro Mayerin dəyərini 8 milyon avro qiymətləndirir.










































































