Azərbaycanın 3x3 basketbol üzrə qadın millisi Polşanın paytaxtı Varşava şəhərində keçirilən dünya çempionatında 3-cü oyununa çıxıb.
Sportnet.az xəbər verir ki, komanda qrupun üçüncü görüşündə Çexiya seçməsi ilə qarşılaşıb və rəqibinə 14:11 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, yığma qrupda sonuncu oyunu bu gün Bakı vaxtı ilə saat 20:55-də ev sahibi Polşa millisinə qarşı olacaq.



















































































