“Visa” ilə əməkdaşlıq Azərbaycanda idmanın inkişafına xidmət edir. Dünyada hər şey yenilənir, yeni-yeni sistemlər yaranır, bizim idmanımızda da yeni nəticələr əldə olunur. Dünyada gedən bütün proseslərlə bərabər olmağımız çox vacibdir.
Sportnet.az xəbər verir ki, bu sözləri Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə jurnalistlərə açıqlamasında deyib.
“Biz çalışırıq ki, Olimpiya hərəkatını təbliğ etməyə davam edək və bunu daha yüksək səviyyəyə qaldıraq. Bilirsiniz ki, düz 30 il bundan əvvəl Atlanta Yay Olimpiya Oyunlarında Azərbaycan ilk dəfə komanda şəklində iştirak etdi. Həmin Olimpiya Oyunlarında iştirak edən bizim idmançıları bir yerə toplamağa çalışacağıq. Gələcəyi qurmaq üçün tarixi unutmamaq lazımdır”, - Ç. Hüseynzadə qeyd edib.














































































