Formula 1 üzrə 2026-cı il mövsümünün 6-cı mərhələsi olan Monako Qran-prisi başa çatıb.
Sportnet.az xəbər verir ki, Monte-Karlo şəhər trasında keçirilən yarışın qalibi çempionatın lideri Andrea Kimi Antonelli ("Mercedes") olub.
İtaliyalı pilot mövsümdə ardıcıl beşinci qələbəsini qazanaraq ümumi sıralamadakı üstünlüyünü daha da möhkəmləndirib. Antonelli Monakoda da rəqiblərinə şans verməyərək finiş xəttini birinci keçib.
İkinci yeri "Ferrari"nin təcrübəli pilotu Lüis Hemilton tutub. Podiumun son pilləsinə isə "Red Bull"un sürücüsü İsak Hacar yüksəlib.
Qeyd edək ki, Hacar yarışdan sonra stüardlar tərəfindən araşdırma üçün çağırılıb. Bunun səbəbi və mümkün sanksiya barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
Monako Qran-prisi ərzində bir sıra insidentlər də yaşanıb. Yarışın əvvəlində dünya çempionu Maks Ferstappen texniki problem səbəbindən mübarizəni dayandırıb. Yerli azarkeşlərin sevimlisi Şarl Lekler isə qəza nəticəsində yarışı başa vura bilməyib.












































































