"Qarabağ"ın futbolçusu Abdullah Zubir yayda komandanı tərk edəcək.
Sportnet.az-ın "L Equipe" nəşrinə istinadən məlumatına görə, fransalı yarımmüdafiəçi Qətərin "Əl Şahaniyə" klubuna keçəcək.
Artıq tərəflər müqavilə şərtlərini razılaşdırıblar. Transferin detalları açıqlanmır.
Zubir "Qarabağ"a 2018-ci ildə Fransa "Lans"ından keçib. 34 yaşlı vinger Ağdam komandasının heyətində 355 oyunda 77 qol və 94 məhsuldar ötürmə müəllifi olub. Onun hazırda klubla 2027-ci ilin iyununadək müqaviləsi var.
Qeyd edək ki, hazırda "Əl Şahaniyə" Qətər çempionatında 21 oyundan 31 xalla 12 komanda arasında 11-ci yerdə gedir. Klub təmsilçisi paytaxt Dohadan 20 km aralıda yerləşən eyniadlı şəhəri təmsil edir.












































































