Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Özbəkistanda keçirilən "UzChess Cup" adlı ənənəvi beynəlxalq turnirə qələbə ilə start verib.
Azərbaycan Şahmat Federasiyasından Sportnet.az-a verilən məlumata görə, ən güclülərin yarışdığı "Masters" bölümündə ölkəni təmsil edən Ş. Məmmədyarov birinci turda Hindistan şahmatçısı Vidit Santoş Gujrathiyə qalib gəlib.
Yaırşın "Challenge" bölməsində Azərbaycanın iki şahmatçısı – Eltac Səfərli və Məhəmməd Muradlı da çıxış edir. Onların yarışında birinci turun partiyaları bu gün oynanılacaq.
Altı ölkənin qatıldığı beynəlxalq turnirə iyunun 15-də yekun vurulacaq.















































































