Futbol üzrə DÇ-2026-nın üçüncü günü azarkeşləri maraqlı qarşılaşmalar gözləyir.
Sportnet.az xəbər verir ki, günün ilk dueli B qrupunda mübarizə aparan Qətər və İsveçrə yığmaları arasında qeydə alınacaq.
“San-Fransisko bay Area” stadionunda keçiriləcək matçın startı iyunun 13-də, Bakı vaxtı ilə saat 23:00-ra təsadüf edəcək.
Növbəti qarşılaşmalar isə iyunun 13-dən 14-nə keçən gecə və səhər saatlarında baş tutacaq.
Belə ki, C qrupunda təşkil olunacaq Braziliya - Mərakeş oyunu gecə saat 02:00-da, Haiti - Şotlandiya matçı isə 05:00-da başlayacaq.
D qrupunun ilk matçı kimi diqqət çəkən Avstraliya - Türkiyə qarşılaşması isə Bakı vaxtı ilə səhər saat 08:00-da start götürəcək.





















































































