"Şamaxı" futbolçusu Rafael Məhərrəmli ilə yollarını ayırıb.
Sportnet.az klubun rəsmi saaytına istinadən 27 yaşlı yarımmüdafiəçinin müqavilə müddəti başa çatıb.
Bölgə təmsilçisi futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, "Şamaxı" bunadək Rüfət Abbasov, Kərim Rossi, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Səlim Həşimov, Rodriqo Fernandes, Andrey Tirkoveanu və Arsen Ağcabəyovla vidalaşıb.






































































